Məşqçimiz beynəlxalq mükafata layiq görüldü

FIDE 2023-cü ilin ən yaxşı məşqçilərinin adını açıqlayıb.

Allsport.az xəbər verir ki, beynəlxalq qrossmeyster, əməkdar məşqçi Cahangir Ağarəhimov dünyada yeniyetmələr üzrə ilin ən yaxşı məşqçisi kimi Mark Dvoretski mükafatına layiq görülüb.

O, məşqçilik fəaliyyətində beynəlxalq qrossmeyster və beynəlxalq ustaların yetişməsində böyük rol oynayıb. Ağarəhimovun yetirmələri müxtəlif yaş qrupları üzrə Avropa çempionatının qalibi və medalçıları olublar. 2022-ci ildə onun tələbəsi, beynəlxalq qrossmeyster Abdulla Qədimbəyli 20 yaşadək gənclər arasında dünya çempionatının qalibi adını qazanıb.

Həmin kateqoriyadan