Mahir “Dinamo”da yenə qol vurdu

Zaqreb “Dinamo”su Xorvatiya 1-ci divizionunun 31-ci turda evdə “İstra”nı 3:0 məyus edib. Allsport.az saytı xəbər verir ki, millinin futbolçusu Mahir Əmrəli ilk dəfə start 11-liyində meydana çıxıb və 72-ci dəqiqədə əvəzlənib. 

O, 50-ci dəqiqədə komandasının 3-cü qolunu vurub. 25 yaşlı hücumçu son turda da rəqib qapısına yol tapmışdı. 1 oyun az keçirən paytaxt klubu, turnir cədvəlində 66 xalla öncüllüyünü qoruyur. 

Həmyerlimiz bu ilin fevralından “Dinamo”da oynayır. O, yerli çempionatda 5 matç keçirib.

Həmin kateqoriyadan