Maksim Medvedev 250-yə çatdı

“Qarabağ”ın futbolçusu Maksim Medvedev klub karyerasında 250-ci oyununu keçirib. Allsport.az xəbər verir ki, karyerası boyu yalnız bir klubda çıxış edən müdafiəçi üçün Topaz Premyer Liqasının 29-cu turunun AzAL-la qarşılaşması yubiley xarakteri daşıyıb.

Bu matçadək 249 dəfə Ağdam təmsilçisinin formasını geyən Maksim heyətində 7 qol vurduğu komandada 250-yə çatıb.

2007-ci il fevralın 12-də Yevlaxda baş tutan “Karvan” – “Qarabağ” oyununda baş məşqçi Rasim Kara tərəfindən start heyətə daxil edilən Medvedev peşəkar karyerasında ilk rəsmi matça çıxıb. 8 ildir klubuna sadiq qalan arxa xətt oyunçusu bu müddətdə 192 çempionat, 22 kubok, 36 avrokubok qarşılaşmasında iştirak edib.

 

mövsümTurniroyunqol
2006/07Kubok
2006/07Çempionat110
2007/08Kubok20
2007/08Çempionat180
2008/09Kubok30
2008/09Çempionat200
2009/10Kubok20
2009/10Çempionat260
2009/10Avropa Liqası60
2010/11Kubok10
2010/11Çempionat180
2010/11Avropa Liqası70
2011/12Kubok50
2011/12Çempionat252
2011/12Avropa Liqası60
2012/13Kubok30
2012/13Çempionat241
2013/14Kubok30
2013/14Çempionat322
2013/14Avropa Liqası80
2014/15Kubok31
2014/15Çempionlar Liqası20
2014/15Çempionat181
2014/15Avropa Liqası70
CəmiKubok221
Cəmiçempionat1926
CəmiAvrokubok360
Cəmiyekun2507

Həmin kateqoriyadan