- Baxış sayı: 27
- 28 Mart 2024 13:30
- Baxış sayı: 148
- Mart 28, 2024
- 0
Moskvada rapid üzrə dünya çempionatı başa çatıb.
Allsport.az xəbər veri ki, yarışın qalibi norveçli Maqnus Karlsen olub. O, 11.5 xal toplayıb və 3-cü dəfə rapid üzrə dünya çempionu adını qazanıb. 2-ci yeri Maqnusdan 1 xal toplayan iranlı Alirza Firuja tutuv. 3-cü sıranın sahibi isə amerikalı Hikaru Nakamura oldu.
Ötən il yarışda gümüş medal qazanan Şəhriyar Məmmədyarov 9.5 xalla 12-ci, Qədir Hüseynov, Rauf Məmmədov və Eltac Səfərli 9 xalla 28-49-cu yerləri bölüşüblər. Aydın Süleymanlı 7 xalla 121-ci, Namiq Quliyev isə yarışı 137-ci pillədə bitirib.
Qadınların yarışında hindistanlı Humpu Koneru dünya çempionu olub. Çinli Li Tinqyi 2-ci, Türkiyəni təmsil edən Natalya Atalık isə 3-cü pilləni tutub.
Təmsilçilərimiz Ülviyyə Fətəliyeva 7.5 xalla 26-cı, Gülnar Məmmədova 7 xalla 31-ci, Günay Məmmədzadə 6.5 xalla 48-ci, Zeynəb Məmmədyarova 5.5 xalla 84-cü, Türkan Məmmədyarova isə 5 xalla 88-ci olub.