Şahmatçılarımızın qənimi federasiya sərt etiraz etdi – üzvlüyünü dayandırdı

Şahmat üzrə dünya çempionu Maqnus Karlsen Norveç federasiyasında üzvlüyünü dayandırıb. 

Allsport.az xəbər verir ki, dünya çempionu strategiya və sponsorluqla bağlı məsələlərində razılığa gəlməyib. Norveçli idmançının atası Henrik Karlsen federasiyaya məktubunda oğlunun ölkəni təmsil etməkdə davam edəcəyini qeyd edib. O, Maqnus Karlsenin federasiyadan çəkiləcəyini vurğulayıb.

Bu ilin əvvəlində federasiya 5 milyon avroluq sponsor müqaviləsini bağlamağa razı olmamışdı. Bundan sonra Karlsen federasiyanı tənqid etməyə başlamışdı.

Norveçdə öz klubunu yaradan 28 yaşlı şahmatçı yeni qrossmeysterlə üzə çıxaracağına ümid edir.

Həmin kateqoriyadan