Maqnus Karlsenin 3-cü dəfə “ShamkirChess” superturnirini qazanıb

Bu gün Şəmkirdə Vüqar Həşimov xatirə superturnirinə yekun vurulub. Allsport.az saytı xəbər verir ki, 9-cu turda yalnız görüşdə Sergey Karyakin qalib gəlib. Amma həmin qələbə dünya çempionu Maqnus Karlsenin “ShamkirChess” yarışını 3-cü dəfə qazanmasını əngəlləməyib.

David Navara (2745) ½-½ Teymur Rəcəbov (2748)
Rauf Məmmədov (2704) ½-½ Şəhriyar Məmmədyarov (2814)
Maqnus Karlsen (2843) ½-½ Liren Dinq (2778)
Radosłav Voytaşek (2744) ½-½ Aniş Giri (2777)
Sergey Karyakin (2778) 1:0 Veselin Topalov (2749)

1.Maqnus Karlsen – 6; 2.Liren Dinq 5,5; 3.Sergey Karyakin 5; 4.Şəhriyar Məmmədyarov 4,5; 5.Radosłav Voytaşek 4,5; 6.Aniş Giri 4,5; 7.Teymur Rəcəbov 4,5; 8.Veselin Topalov 4; 9.Rauf Məmmədov 4; 10. David Navara 2,5 xal.

Həmin kateqoriyadan