Marina İtaliya “A1” çempionatında ən yaxşı nəticəni göstərdi

Azərbaycan bədii gimnastı Marina Durunda İtaliya “A1” çempionatının əsas mərhələsində iştirak edib. Allsport.az saytı xəbər verir ki, millimizin üzvünün çıxış etdiyi “Armoniya di Abrutso” klubu yenidən 2-ci olub. Legionerimiz topla hərəkətlərdə 17.550 xal qazanması günün ən yaxşı nəticəsi olub. O, həmçinin İtaliya klubunun ümumi nəticəsinə böyük töhfə verib: 95.800 xal.

Bu həftəsonu Azərbaycanın qadın və kişi idman gimnastikası üzrə yığma komandası Almaniyanın Ştutqart şəhərində komanda yarışlarında iştirak ediblər. Qadın idman gimnastikamızı Marina Nekrasova, Mariya Smirnova və Kristina Pravdina təmsil edib.

Təsnifat mərhələsində 4 hərəkətin nəticəsinə əsasən, qızlarımız 96.900 xal toplayaraq, finalın 1 addımlığında qərarlaşıblar. Kişi komandamızı təmsil edən Petro Paxnyuk və Oleq Stepko isə 6 hərəkətin nəticəsində 165.650 xal toplayaraq, 9-cu yeri tutublar.

Həmin kateqoriyadan