Marneuli şahmat klubunun yetirmələri Naxçıvanda beynəlxalq yarışda iştirak edəcək

Gürcüstanıda Marneuli şahmat klubunun yetirmələri oktyabrın 1-dən 11-dək Naxçıvanda beynəlxalq yarışda iştirak edəcəklər. Allsport.az saytı xəbər verir ki, bu barədə adı ilk çəkilən şəhərdə “Çay evi”nin fəaliyyətə başlamasının 10-illiyinə həsr olunmuş tədbirdə deyilib. Marneulili gənclər səfərə SOCAR-ın dəstəyi ilə yollanacaqlar.

Tədbirdə çıxış edənlər “Çay evi”nin fəaliyyətini yüksək qiymətləndiriblər. Gənclərin və yeniyetmələrin gürcü və ingilis dillərini öyrənmələri, ali məktəblərə hazırlığı, idmanın müxtəlif növləri üzrə keçdikləri məşqlər və əldə etdikləri nailiyyətlər xüsusi qeyd olunub.

Həmin kateqoriyadan