- Baxış sayı: 36
- 23 May 2025 23:47
- Baxış sayı: 58
- May 22, 2025
- 0
Konfrans liqasının pley-ofunda “Marsel” – “Qarabağ” arasında ilk matç məhdud sayda azarkeş izləyə bilər. Allsport.az saytı xəbər verir ki, buna səbəb Fransa hökumətinin 2022-ci il yanvarın 3-dən idman tədbirlərində azarkeş sayına tətbiq edəcəyi məhdudiyyətlərdir.
Qərara əsasən, qapalı məkanlarda 2 min nəfərdən, açıq havada isə 5 min nəfərdən çox tamaşaçı iştirak edə bilməz. Qadağanın qüvvədə olma müddəti barədə məlumat verilmir.
“Marsel” – “Qarabağ” görüşü fevralın 17-də keçiriləcək. Cavab görüşü ayın 24-də Bakıda olacaq.