- Baxış sayı: 85
- 25 İyul 2026 16:10
- Baxış sayı: 160
- İyul 22, 2026
- 0

Portuqaliya millisinin baş məşqçisi Roberto Martines vəzifəsindən ayrılıb.
Allsport.az xəbər verir ki, bu barədə 52 yaşlı mütəxəssis komandanın 2026-cı il dünya çempionatının 1/8 final mərhələsində İspaniyaya 0:1 hesabı ilə uduzduğu oyundan sonra keçirilən mətbuat konfransında açıqlama verib.
İspaniyalı məşqçi dünya çempionatındakı uğursuz çıxışdan sonra komandada qalmasının mənasız olduğunu bildirib. O, Portuqaliya millisində yeni bir dövrün başlanmasının vacib olduğunu vurğulayıb.
Martines 2023-cü ilin yanvarından Portuqaliya yığmasına rəhbərlik edirdi. Onun rəhbərliyi altında komanda 2025-ci ildə UEFA Millətlər Liqasının qalibi olub.