Memorial iştirakçıları Vüqar Həşimov şahmat akademiyasında

Vüqar Həşimov memorialı-2021-in iştirakçıları bu gün onun adını daşıyan akademiyada olublar. Allsport.az saytı xəbər verir ki, şahmatçılar Vüqar Həşimov muzeyi ilə tanış olub, yeniyetmələ görüşüblər.

Qonaqlara akademiyanın yetirmələrinin əldə etdikləri nailiyyətlər barədə məlumat verilib. Qeyd edilib ki, Avropa çempionatında bürünc medal qazanan “Vüqar Həşimov” klubu ölkəmizdə şahmatın inkişafına mühüm töhfələr verir.

Həmin kateqoriyadan