Milli Gimnastika Arenasında qalib gələnlər

Milli Gimnastika Arenasında bədii gimnastika üzrə ikigünlük yarışlar sona çatıb. Allsport.az saytı xəbər verir ki, ən yaxşı nəticə uğrunda 13 klubun nümayəndələri mübarizə apardılar. Onların arasında paytaxtla yanaşı, Göyçay, Kürdəmir, Qusar, Sumqayıt və Xırdalan təmsilçiləri də çıxış ediblər.

Bu yarışlar iştirakçıların sayına görə digərlərindən fərqlənib. Ölkənin ən böyük gimnastika zalında 122 gimnast bir yerə toplanıb. İlk bölgələrarası kubokda Xırdalan idmançısı Nərmin Bayramovanın qələbəsi, Qusar yetirməsi Lətifə Sultəliyevanın ikinci və daha bir Qusar təmsilçisi Asiman Orduxanovanın üçüncü pilləyə qalxması ilə sona çatıb.

Ölkə birinciliyi və Bakı çempionatının nəticələrinə görə yuniorlar arasında qalib Jalə Piriyeva olub. Arasında kiçik idmançılar da olan müxtəlif gimnastların nümunəvi çıxışları ilə yarışlar sona yetib.

Həmin kateqoriyadan