Milli komanda 1/8-də

Minifutbol üzrə Azərbaycan millisi Birləşmiş Ərəb Əmirliklərinin Ras Əl-Xayma şəhərində təşkil olunan dünya çempionatında növbəti oyununu keçirib.

Allsport.az xəbər verir ki, Elşad Quliyevin baş məşqçisi olduğu yığma yer aldığı “G” qrupunda son matçına çıxıb.

Millimiz sonradan mundiala cəlb edilən Küveytlə üz-üzə gəlib. İlk iki görüşdə İraq (2:0) və Misir (4:1) üzərində qələbə qazanaraq 1/8 finala vəsiqəni rəsmiləşdirən son Avropa çempionu budəfəki rəqibini 3:1 hesabı ilə məğlub edərək, növbəti raunda qrup birincisi kimi adlayıb. Komandamızın heyətində 15-ci dəqiqədə Cəfər Cəfərov, 38-ci dəqiqədə Mirmehdi Rzayev, 44-cü dəqiqədə isə Təmkin Xəlilzadə fərqləniblər.

Millimizin 1/8 finaldakı rəqibi “H” qrupunda ikinci yeri tutacaq komanda olacaq. Həmin görüş noyabrın 1-də reallaşacaq. Qarşılaşma Bakı vaxtı ilə saat 18:30-da başlayacaq.

Həmin kateqoriyadan