- Baxış sayı: 86
- 02 May 2024 22:35
- Baxış sayı: 86
- May 02, 2024
- 0
Jan-Lui Qasse Fil Dişi Sahili yığmasının baş məşqçisi vəzifəsindən azad edilib.
Allsport.az xəbər verir ki, 70 yaşlı fransalı mütəxəssis 2022-ci ilin mayından bəri millini çalışdırırdı. Bundan əvvəl o, “Bordo” və “Sent-Etyen”ə rəhbərlik edib.
Qassenin rəhbərlik etdiyi Fil Dişi Sahili yığması öz evində keçirilən Afrika millətlər kubokunda qrup mərhələsini uğursuz keçirib. Komanda Qvineya-Bisauya qalib gəlsə də (2:0), sonra Nigeriya (0:1) və Ekvatorial Qvineyaya (0:4) məğlub olub.