Milli komandalarımız Gürcüstan şahmatçıları ilə yoldaşlıq görüşü keçirəcək

Bakı Şahmat Olimpiadasına hazırlaşan əsas milli komandalar yoldaşlıq görüşündə iştirak edəcək. Allsport.az saytı xəbər verir ki, artıq bununla bağlı Azərbaycan və Gürcüstan Şahmat federasiyaları arasında razılıq əldə olunub.

Kişi və qadın şahmatçılardan ibarət yığmamız avqustun 9-da baş tutacaq son hazırlıq toplanışında, öncədən planlaşdırılan sınaq görüşü keçirəcək.

Bakı Şahmat Olimpiadasının mətbuat xidmətinin məlumatına görə, mötəbər yarışda iştirak edəcək bütün komandalarımız (3 kişi və 3 qadın komandamız) avqustda təlim-məşq toplanışı keçirəcək.

Həmin kateqoriyadan