Milli komandamızın 3 qrossmeysteri blits və rapid üzrə Avropa çempionatında

18-20 dekabrda Minskdə şahmatın blits və rapid növləri üzrə Avropa çempionatı keçiriləcək. Allsport.az saytı xəbər verir ki, blits üzrə çempionatda iştirak etmək üçün 573 nəfər, o cümlədən 75 qrossmeyster müraciət edib. Azərbaycanı milli komandanın üzvləri Şəhriyar Məmmədyarov (2784), Qədir Hüseynov (2709), Rauf Məmmədov (2667), habelə Elnur Əliyev (2228) və Rüstəm Bünyadov (2105) təmsil edəcəklər.

Blits-turnir dekabrın 18-də keçiriləcək. Rapid üzrə qitə çempionatına 690 oyunçu, o cümlədən 84 qrossmeyster qatılıb. Rapid turniri dekabrın 19-20-də baş tutacaq. Yarışların açılış mərasimində FİDE prezidenti Kirsan İlyumjinov iştirak edəcək. Çempionatın hər turunun 50 partiyası onlayn rejimdə yayımlanacaq.

Həmin kateqoriyadan