Milli Mətbuat Günü ilə bağlı Güləş federasiyası və KİV nümayənələri arasında futzal oyunu

22 iyul – Milli Mətbuat Günü ilə əlaqədar olaraq Güləş federasiyası və İdman Araşdırmalar Mərkəzinin təşkilatçılığı ilə bu sahədə çalışan jurnalistlərlə milli komandalarının idmançı və məşqçi heyəti arasında futzal üzrə yoldaşlıq görüşü keçirilib.

Allsport.az saytı xəbər verir ki, Olimpiya Güləş Mərkəzinin oyun zalında baş tutan görüş dostluq şəraitində keçib. Yekunda güləş camiyəsi üzvləri KİV nümayənələrinə 6:2 hesabı ilə qalib gəlib.

Oyun başa çatdıqdan sonra media əməkdaşlarına hədiyyə və ziyafət verilib. Sərbəst güləş üzrə seçmə komandanın baş məşqçisi Firdovsi Umudov çıxış edərək, mətbuat nümayəndələrini peşə bayramı münasibətilə təbrik edib.

Həmin kateqoriyadan