Millimiz 35-ci oldu

Milli komandaların tamaşaçı reytinqi açıqlanıb.

Allsport.az xəbər verir ki, İFFHS dünya çempionatlarının Avropa zonası üzrə seçmə mərhələlərindəki orta tamaşaçı sayını tərtib edib.

Ev və səfər oyunlarının hamısının nəzərə alındığı siyahıda Azərbaycan millisi 35-cidir. Yığmamızın orta göstəricisi 16 min 376-dır.

Millimiz mundial yolunda 66 matç keçirib. Bu qarşılaşmaları 1 milyon 80 min 817 tamaşaçı izləyib.

57 komandanın yer aldığı siyahıya İngiltərə başçılıq edir – 51 min 835. İkinci yerdə artıq mövcud olmayan Sarland qərarlaşıb – 41 min 500. Hər matçında 40 min 979 tamaşaçı olan Almaniya üçüncüdür.

Qeyd edək ki, qonşu Türkiyə millisi cədvəldə 24-cüdür – 27 min 161 tamaşaçı.

Həmin kateqoriyadan