Millimizin AÇ-dəki oyunlarının təqvimi

Avqustun 18-dən sentyabrın 4-dək keçiriləcək Avropa çempionatında mübarizə aparacaq qadın voleybolçulardan ibarət millimizin oyunlarının təqvimi təsdiq olunub. Allsport.az xəbər verir ki, final mərhələsində “A” qrupunda yer alacaq yığmamız görüşlərini Belqradda keçirəcək.

Komandamızın rəqibləri meydan sahibləri, Bolqarıstan, Rusiya, Belçika, Fransa, Bosniya və Herseqovina olacaq.

Qitə birinciliyinə Serbiya, Bolqarıstan, Xorvatiya və Rumıniya ev sahibliyi edəcək.

20 avqust
17:00. Azərbaycan – Belçika

21 avqust
18:00. Azərbaycan – Bosniya və Hersoqovina

22 avqust
17:00. Rusiya – Azərbaycan

24 avqust
20:00. Azərbaycan – Serbiya

25 avqust
17:00. Fransa – Azərbaycan

Həmin kateqoriyadan