Millimizin genişlənən heyəti: Siyahıda yeni sima var

Azərbaycan millisinin DÇ-2022-nin seçməsində Lüksemburq, İrlandiya və Portuqaliya qarşı oyunlar üçün genişləndirilmiş heyəti açıqlanıb. Allsport.az saytı xəbər verir ki, baş məşqçi Canni de Byazi 25 futbolçuya dəvət göndərib. Onların arasında “Qarabağ”ın yarımmüdafiəçisi Filip Ozobiç də var. O, ilk dəfə milllimizə çağırılıb.

Qapıçılar: Aydın Bayramov (“Sumqayıt”), Mehdi Cənnətov (“Zirə”), Şahrudin Məhəmmədəliyev (“Qarabağ”)
 
Müdafiəçilər:
 Maksim Medvedev, Bəhlul Mustafazadə, Abbas Hüseynov, Toral Bayramov (hamısı – “Qarabağ”), Təmkin Xəlilzadə, Sərtan Daşqın (hər “Zirə”), Höccət Haqverdi, Elvin Bədəlov (“Sumqayıt”), Azər Salahlı (“Keşlə”), Anton Krivotsyuk (“Visla”, Polşa)
 
Yarımmüdafiəçilər: İsmayıl İbrahimli, Qara Qarayev, Filip Ozobiç (hər üçü “Qarabağ”), Vüqar Mustafayev, Rəhim Sadıqov (“Sumqayıt”), Emin Mahmudov (“Neftçi”), Anatoli Nuriyev (“Kolos”, Ukrayna)
 
Hücumçular: Mahir Əmrəli (“Legiya”, Polşa), Namiq Ələskərov (“Bursaspor”, Türkiyə), Əli Qurbani (“Sumqayıt”), Ramil Şeydayev (“Qarabağ”), Rüstəm Əhmədzadə (“Minay”, Ukrayna).

Qeyd edək ki, sentyabrın 1-də Lüksemburqun qonağı olacaq Azərbaycan millisi 3 gün sonra İrlandiyaya səfər edəcək. Yığma sentyabrın 7-də isə Bakıda Portuqaliya seçməsi ilə qarşılaşacaq.

Həmin kateqoriyadan