Millimizin rəqibi iddiasını ortaya qoydu

Kipr futbol assosiasiyasının vitse-prezidenti Mixalis Pekris millətlər liqasının püşkünü dəyərləndirib. Allsport.az xəbər verir ki, o, qrupda 1-ci yeri tutmaq istədiklərini deyib:

“Qrupumuz yaxşıdır. 1-ci yer üçün çalışacağıq. Çünki birinci olan komanda yarışın final mərhələsində mübarizə aparacaq və daha yüksək liqaya vəsiqə qazanacaq. Sonuncu pillənin sahibi isə aşağı liqaya düşəcək. Futbolçular meydanda mübarizə aparacaqlar.

Yeni bir başlanğıc var. Ən yaxşı nəticəyə nail olmaq üçün yenidən təşəbbüs göstərilib. Federasiyanın gördüyü və görəcəyi tədbirlərlə səviyyəni yüksəldəcəyik. Ən əsası, futbol oynamaqdır”.

Həmin kateqoriyadan