- Baxış sayı: 35
- 02 Noyabr 2026 17:56
- Baxış sayı: 277
- Oktyabr 25, 2026
- 0

Mərdəkan qəsəbəsində yerləşən milli komandaların təlim-məşq mərkəzində 21 yaşadək futbolçulardan ibarət millimizin üzvlərinə danışılmış oyunlarla bağlı seminar keçirilib.
Allsport.az xəbər verir ki, UEFA-nın danışılmış oyunlarla bağlı Azərbaycan üzrə nümayəndəsi Seymur Səlimli “Danışılmış oyun haqqında nələri bilməliyik?” və “Bizim hədəfimiz sizi qorumaqdır” mövzularında mühazirə oxuyub, maarifləndirici və hesabat xarakterli təqdimatlar edib.