Millimizin üzvü çex klubunu dəyişdi

“Slaviya”da çıxış edən Azərbaycan millisinin üzvü Fərid Nəbiyev Çex Respublikasında klubunu dəyişib.

Allsport.az xəbər verir ki, 20 yaşlı yarımmüdafiəçi 2-ci liqa təmsilçisi “Viktoriya Jijkov”a keçib. Fərid yeni klubu ilə 2,5 illik müqavilə bağlayıb.

Həmyerlimiz yeni komandasında debüt etmək imkanı qazanıb. O, “Çeske Budeyovitse” ilə keçirilən yoxlama görüşündə 3 qol vurub. Qarşılaşma “Viktoriya Jijkov”un 7:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Bu klubda “Qəbələ”nin digər yetirməsi Samir Qurbanov da çıxış edir.

Həmin kateqoriyadan