- Baxış sayı: 35
- 02 Noyabr 2026 17:56
- Baxış sayı: 277
- Oktyabr 25, 2026
- 0

“Sumqayıt”ın futbolçusu Aleksey İsayev subaylığın daşını atıb. Millimizin üzvü sevgilisi Katya ilə evlənib.
Allsport.az xəbər verir ki, cütlüyün nikah mərasimi Rusiyada gerçəkləşib. 24 yaşlı yarımmüdafiəçi toy mərasiminə görə komandasına ölkə kubokunun 1/4 finalının “Neftçi”yə qarşı matçında kömək etməyib.
Qarşılaşma 0:0 hesablı heç-heçə ilə başa çatıb və “Sumqayıt” yarımfinala adlayıb.