Mingəçevirdə “Prezident kuboku” reqatasının rəsmi keçidi

6-7 mayda ümumilli lider Heydər Əliyevin anadan olmasının 99-cu il dönümünə “Prezident kuboku-2022” reqatası keçiriləcək. Allsport.az saytı xəbər verir ki, bu gün Mingəçevir şəhərində komandaların rəsmi keçidi oldu. Dövlət himni səsləndirildikdən sonra mərhum ölkə başçısınn abidəsini ziyarət edildi.

Açılış mərasimi və ilk yarış günü Azərbaycanın dilbər guşələrindən, işğaldan azad edilən Suqovuşan qəsəbəsində baş tutacaq. Azərbaycanla yanaşı, Türkiyə, Özbəkistan, Gürcüstan, İran və Moldovadan 100-dən artıq avarçəkənin qatılacağı reqatada, ayın 6-sında komandalar Suqovuşan su anbarında kayak və kanoe növündə mübarizə aparacaqlar.

Bir gün sonra Mingəçevirdə “Kür” olimpiya tədris-idman mərkəzində akademik avarçəkmə üzrə qaliblər müəyyənləşəcək. “Prezident kuboku-2022”yə günün sonunda su üzərində musiqli şou proqram, ümummilli liderin həyat və fəaliyyəti ilə bağlı foto və videolardan ibarət çarx, həmçinin atəşfəşanlıqla yekun vurulacaq.

Kamran HACI, Mingəçevir

Həmin kateqoriyadan