Nəzərov mövsümün ən yaxşısı seçildi

Azərbaycan millisində çıxış etmiş Dmitri Nəzərov Almaniyanın “Ertsgebirge” klubunda 2020/2021 mövsümünün ən yaxşı futbolçusu seçilib.

Allsport.az xəbər verir ki, sorğu onlayn formada gerçəkləşib.

Səsvermədə 336 fanat iştirak edib. Bunlardan 23 faizi 31 yaşlı hücumçunu mövsümün oyunçusu adına layiq görüb. Aue təmsilçisinin qapıçısı və kapitanı Martin Mannel 2-ci yeri tutub.

Dmitri Nəzərov 2016-cı ildən “Ertsgebirge”nin şərəfini qoruyur. 2014-cü ildən Azərbaycan yığmasına dəvət alan oyunçu son olaraq, 2019-cu il noyabrında Slovakiyaya səfərdə 0:2 hesabı ilə uduzduqları görüşdə millinin formasını geyinib.

Həmin kateqoriyadan