Nəzərovun klubu doğma meydanda uduzdu

Almaniya 2-ci Bundesliqasında 15-ci turun oyunları keçirilib.

Allsport.az xəbər verir ki, Azərbaycan milli komandasının yarımmüdafiəçisi Dmitri Nəzərovun şərəfini qoruduğu “Ersgebirge” də növbəti matçına çıxıb.

Aue təmsilçisi doğma meydanda “Darmştadt” ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan məğlubiyyətlə ayrılıb – 1:2.

Nazarov bu matçın iştirakçısı olmayıb. Onun adı qarşılaşmanın iştirak ərizəsinə də salınmayıb.

15 oyuna 14 xal toplamış “Ersgebirge” 18 kollektiv arasında 14-cü pillədə qərarlaşıb.

Həmin kateqoriyadan