- Baxış sayı: 34
- 02 Noyabr 2026 13:35
- Baxış sayı: 277
- Oktyabr 25, 2026
- 0

Almaniyanın “Ersgebirge” komandasına yeni baş məşqçi təyin olunub.
Allsport.az xəbər verir ki, Azərbaycan yığmasının yarımmüdafiəçisi Dmitri Nəzərovun da formasını geyindiyi bu komandanı bundan sonra Mark Hensel çalışdıracaq.
35 yaşlı mütəxəssis iki gün öncə istefaya göndərilən belaruslu Aleksey Şpilevskini əvəzləyib. Lakin onun bu postda müvəqqəti təyin olunduğu vurğulanıb.
“Ersgebirge” cari mövsümdə Almaniya ikinci Bundesliqasında 7 oyuna 3 xal toplayıb və sonuncu – 18-ci pillədə qərarlaşıb.