Nazarov məhsuldar ötürmə etdi, komandası ilk oyunda sərfəli nəticə qazandı

Almaniyanın “Hamburq” və “Karlsrue” klubları ilk pley-off oyununa çıxıblar. Allsport.az xəbər verir ki, ilk qarşılaşma əsas Bundesliqanı 16-cı pillədə başa vurmuş hamburqluların meydanında baş tutub.

Azərbaycan yığmasının yarımmüdafiəçisi Dmitri Nazarovun da şərəfini qoruduğu ikinci Bundesliqanın üçüncü olmuş “Karlsrue” səfər matçında sərfəli nəticə qazanıb. Millimizin üzvünün start heyətdə meydana çıxdığı görüşdə hesabı məhz onun məhsuldar ötürməsindən sonra 4-cü dəqiqədə Rouen Henninqs açıb. Amma “Karlsrue” bu üstünlüyünü 73-cü dəqiqədə əldən verib. Nəticədə, Nazarovun 90 dəqiqə meydanda olduğu qarşılaşma 1:1 hesabı ilə də başa çatıb.

Qeyd edək ki, sözügedən komandalar iyunun 1-də Karlsruedə cavab görüşünə çıxacaqlar. İki oyunun nəticəsinə görə qalib gələcək komanda əsas Bundesliqada, məğlub olan isə ikinci Bundesliqada oynamalı olacaq.

Həmin kateqoriyadan