Nazim Süleymanovu AzAL da təbrik etdi

Topaz Premyer Liqasının 23-cü turunun AzAL – “İnter” oyunundan öncə fevralın 17-də 50 yaşını qeyd etmiş Nazim Süleymanov üçün xüsusi mini-tədbir keçirilib. Allsport.az xəbər verir ki, Azərbaycan futbolunun ən istedadlı nümayəndələrindən biri olan, futbolçu karyerası ərzində bir çox nailiyyətlər qazanmış, təkcə ölkəmizdə deyil, onun sərhədlərindən kənarda da tanınan, oyunu ilə azarkeşlərin yaddaşında silinməz izlər buraxmış və ən nahayətdə 2009-11-ci illər aralığında komandamızın baş məşqçisi olmuş Süleymanova xatirə hədiyyələri təqdim olunub.

AzAL-ın vitse-prezidenti Fikrət Hüseynov isə yubilyara üzərində “N.Süleymanov 50 il” yazılmış AzAL-ın futbolkasını hədiyyə edib. (klub saytı)

Həmin kateqoriyadan