Nazir “Ümid” taekvondo klubunu ziyarət edib

Gənclər və idman naziri Fərid Qayıbov “Ümid” taekvondo klubunu ziyarət edib. Allsport.az saytı xəbər verir ki, klubun rəhbəri İlkin Şahbazov yetirmələrinin daxili və beynəlxalq turnirlərində qazandığı nailiyyətlər barəsində danışıb.

Bir neçə gün öncə yeniyetmələrin dünya birinciliyində qızıl medal qazanan Mehdi Budaqlının məhz bu klubun yetirməsi olduğu qeyd olunub. Fərid müəllim çempionu və məşqçi heyətini, klubun digər idmançılarını qələbə münasibətilə təbrik edib, onlara uğurlar arzulayıb!

Həmin kateqoriyadan