Naziri Avropa şahmat ittifaqının prezidentini qəbul edib

Gənclər və idman naziri Fərid Qayıbov, dekabrın 24-də Avropa şahmat ittifaqının prezidenti Zurab Azmayparaşvilini qəbul edib. Allsport.az saytı xəbər verir ki, görüşdə AŞF-in prezidenti Mahir Məmmədov və icraiyyə komitəsinin üzvü Sərxan Həşimov daiştirak ediblər.

Qonaqları salamlayan nazir, Vüqar Həşimov memorialının uğurlu təşkili münasibətilə təşkilatçıları təbrik edib. Bununla əlaqədar ölkəmizdə səfərdə olan qonaq, səmimi qəbula görə təşəkkürünü bildirib və Azərbaycanda şahmatın böyük ənənələri olduğunu vurğulayıb.

Həmin kateqoriyadan