- Baxış sayı: 24
- 27 Aprel 2024 21:00
- Baxış sayı: 51
- Aprel 23, 2024
- 0
“Neftçi”nin Antalya təlim-məşq toplanışı çərçivəsində keçirəcəyi üçüncü yoxlama oyunundakı rəqibi dəyişib. Allsport.az xəbər verir ki, “ağ-qaralar” Çinin “Rehne” klubu ilə qarşılaşmaqdan imtina edib.
Buna səbəb Türkiyənin “Elazığspor” klubundan gələn təklifdir. Beləliklə, “Neftçi” bu gün Bakı vaxtı ilə saat 19:00-dan etibarən azərbaycanlı futbolçu Cavid İmamverdiyevin icarə əsasında çıxış etdiyi “Elazığspor”la üz-üzə gələcək.
Qeyd edək ki, qarşılaşmadan öncə 20 yanvar şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad ediləcək və futbolçularımız oyuna qara sarğı ilə çıxacaq.