“Neftçi” Nforu bağışladı

Məlum olduğu kimi, “Neftçi”nin futbolçusu Ernest Vebnje Nfor əvəzedici komandaya göndərilmişdi. Allsport.az klub saytına istinadən xəbər verir ki, o, məşqlərdə səylə iştirak edib və meydana çıxdığı oyunlarda fərqlənib.

Əvəzedici komandanın son iki qələbəsində pay sahibi olan futbolçu, baş məşqçi Arif Əsədova müraciət edərək yenidən əsas komandaya qayıtmaq istədiyini və özünü sübut etmək üçün ona şans verilməsini istəyib. Bu müraciətdən sonra məşqçilər korpusunun təqdimatına əsasən futbolçunun əsas komandaya qaytarılmasına qərar verilib.

Xatırladaq ki, Ernest Nfor bir müddət öncə məşqlərdə və oyunlarda peşəkar səviyyəsindən aşağı çıxış etməsi və intizamsızlığı səbəbindən məşqçilər korpusunun təqdimatına əsasən əvəzedici heyətə göndərilmişdi.

Həmin kateqoriyadan