- Baxış sayı: 28
- 01 Dekabr 2023 23:41
- Baxış sayı: 39
- Dekabr 01, 2023
- 0
Bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib. Allsport.az xəbər verir ki, iclasda Premyer Liqanın 15-ci turunda keçirilən oyunlarla bağlı qərarlar qəbul edilib.
“Keşlə” – “Zirə” oyununda meydan sahiblərinin futbolçusu İlkin Qırtımov qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klub 200 manat cərimə olunub.
“Keşlə” – “Zirə” oyununda meydan sahibləribib 4 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 800 manat cərimə olunub.
“Neftçi” – “Qarabağ” oyununda matçın 73-cü dəqiqəsində “Neftçi”nin meneceri Qədir Həsənov texniki zona qaydalarını pozduğuna görə birbaşa qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klub 800 manat cərimə olunub.
“Neftçi” – “Qarabağ” oyununda qonaq komandanın azarkeşləri meydana kənar əşya atdığı üçün klub 1600 manat cərimə olunub.
“Səbail” – “Sumqayıt” oyununda qonaq komandanın 4 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 800 manat cərimə olunub.