“Neftçi”nin futbolçusundan Arif Əsədova qeyri-adi jest

Azərbaycan Premyer Liqasının 21-ci turu çərçivəsində keçirilmiş “Neftçi” – “Xəzər Lənkəran” matçında meydan sahiblərinin futbolçusu Samir Məsimov maraqlı hərəkəti ilə diqqət mərkəzinə düşüb. Allsport.az xəbər verir ki, komandasının ikinci qolunu vuran Məsimov sevincini qeyri-adi şəkildə bayram edib.

İkinci hissədə meydana daxil olan Məsimov qoldan sonra yenidən ehtiyat skamyaya gedərək orada əyləşib. Gənc futbolçu bu hərəkəti ilə baş məşqçisi Arif Əsədova jest edərək ehtiyatda qalmağa layiq olmadığına işarə vurub.

Qeyd edək ki, “Neftçi” bu oyundan 2:0 hesablı qələbə ilə ayrılıb.

Həmin kateqoriyadan