Nicat Abasov 3 turdan sonra liderliyə yüksəlib

Qəbələdə “Vüqar Həşimov xatirəsi-2023” superturnirinə start verilib.

Allsport.az xəbər verir ki, Heydər Əliyev konqres mərkəzində keçirilən yarışda rapid üzrə ilk 3 turun partiyaları oynanılıb.

İlk turda Rauf Məmmədov, Aydın Süleymanlıya qalib gəlib. Digər görüşlər heç-heçə başa çatıb. Boris Gelfand Arjun Eriqaisilə, Şəhriyar Məmmədyarov Rixard Rapportla, Nicat Abasov Yorden Van Forestlə, Vidit Santoş isə Teymur Rəcəbovla bərabərliyə razılaşıb.

İkinci turda Nicat Abasov rumıniyalı Rixard Rapporta, Şəhriyar Məmmədyarov isə Boris Gelfanda qalib gəlib. Arjun Eriqaisi-Rauf Məmmədov, Teymur Rəcəbov-Aydın Süleymanlı, Yorden Van Forest-Vidit Santoş heç-heçə oynayıb.

Üçüncü turda Rauf Məmmədovla Teymur Rəcəbov heç-heçə oynayıb. Nicat Abasov Boris Gelfanda, Vidit Santoş Rixard Rapporta, Aydın Süleymanlı Yorden Van Forestə qalib gəlib. Şəhriyar Məmmədyarov Arjun Eriqaisəyə uduzub.

Beləliklə, 3 turdan sonra 5 xalı olan Nicat Abasov yarış cədvəlində liderliyə yüksəlib.

Həmin kateqoriyadan