- Baxış sayı: 28
- 14 Noyabr 2024 17:52
- Baxış sayı: 53
- Noyabr 14, 2024
- 0
Bakıda şahmat üzrə dünya kubokunda 1\16 finalın tay-brek görüşləri keçirilib. Allsport.az saytı xəbər verir ki, Nicat Abbasov FİDE adından çıxış edən Pyotr Svidlerlə dueldən qalib ayrılmaqla karyerasında ilk dəfə bu yarışda 1\8 finala vəsiqə qazanıb.
Rusiyalı idmançı ilə ilk rapid oyunu bərabərliklə yekunlaşıb. 2-ci rapid mübarizəsinin mittelşpilində mürəkkəb vəziyyət yaranıb. Nicat rəqibin piyadasını götürərək, rəqibin təşəbbüsünün qarşısını alıb. Sonda təmsilçimiz gözlənilməz taktiki gedişlə ağların məğıubiyyətini rəsmiləşdirib.
Dünya kubokunda 1\8 final mərhələsinin ilk oyunları sabah baş tutacaq. Həmyerlimizin rəqibi BƏƏ-dən Saleh Salem olacaq.