Nicat Abbasov “Bakı Open”də ilk sırada qərarlaşıb

Azərbaycan paytaxtında dövlət müstəqilliyinin bərpasının 24-cü ildönümünə həsr olunmuş ənənəvi “Bakı Open” beynəlxalq şahmat turniri davam edir. Allsport.az saytı xəbər verir ki, yarış Xəzər dənizinin sahilində, Novxanı qəsəbəsində yerləşən “AF hotel” mehmanxanasında keçirilir.

İki qrupda keçirilən əsas “A” turnirində 10 ölkədən 59 şahmatçı, o cümlədən 23 qrossmeyster iştirak edir.

Güclülərin qrupunda səkkiz turdan sonra hərəyə 6 xal toplayan Azərbaycan qrossmeysteri Nicat Abbasov və iranlı Ehsan Qaem Maqami liderlik edir.

Hindistan şahmatçıları Çitambaram Aravind, Babu Lalit, Başkaran Adxiban, Panayapan Sedxuraman və rusiyalı qrossmeyster Vladimir Potkin liderlərdən yarım xal geri qalır.

Həmin kateqoriyadan