- Baxış sayı: 43
- 16 Mart 2025 11:34
- Baxış sayı: 82
- Mart 16, 2025
- 0
“Sabah” şahmat akademiyası 1 yaşının tamam olması münasibətiylə “Sabah Chess Cup” rapid turniri keçirib.
Allsport.az xəbər verir ki, yarışın açılış mərasimində gənclər və idman naziri Fərid Qayıbov, Azərbaycan şahmat federasiyasının prezidenti Mahir Məmmədov, “Bridge Group” şirkətinin təsisçisi Yaqub Hüseynov eləcə də “Sabah” şahmat akademiyasının rəhbərliyi iştirak edib.
“Sabah Chess Cup” turnirində şahmat üzrə son ölkə çempionları Rauf Məmmədov, Günay Məmmədzadə, milli komandanın üzvləri Nicat Abasov, Gövhər Beydullayeva, Avropa çempionu Qədir Hüseynov və digərləri mübarizə aparıb.
Maraqlı mübarizə şəraitində keçən turnirin qalibi hamıdan çox xal toplayan Nicat Abbasov olub. Müxtəlif kateqoriyalarda fərqlənən şahmatçılara diplom və pul mükafatları verilib.