Nicat Abbasovun iddiaçılar turnirində iştirakı təsdiqləndi

Azərbaycanlı şahmatçı Nicat Abbasovun iddiaçılar turnirində iştirakı təsdiqlənib.

Allsport.az xəbər verir ki, qrossmeysterimiz turnirdə sabiq dünya çempionu Maqnus Karlseni əvəz edəcək.

Norveçli şahmatçı apreldə keçiriləcək İddiaçılar turnirində oynamaq istəməyib. Karlsenin imtinası nəticəsində yarışa vəsiqə Dünya Kubokunda 4-cü olan Nicat Abbasova verilib.

O, turnirdə Yan Nepomnyaşi (FİDE), Fabiano Karuana, Hikaru Nakamura (hər ikisi ABŞ), Raməşbabu Praqqnanandxa, Vidit Santoş Qucarati, Dommaradju Qukəş (hər üçü Hindistan) və Əlirza Firuzə (Fransa) ilə mübarizə aparacaq.

Həmin kateqoriyadan