- Baxış sayı: 35
- 17 Sentyabr 2026 23:03
- Baxış sayı: 72
- Sentyabr 17, 2026
- 0

Gürcüstan çempionatında 6-cı turun rəmzi komandası açıqlanıb. Allsport.az xəbər verir ki, simvolik 11-liyə “Samtredia”nın hücumameyilli yarımmüdafiəçisi Nicat Qurbanov da düşüb.
28 yaşlı futbolçu “Merani” ilə görüşdə (2:1) komandasının qələbə qolunun müəllifi olmuşdu. Nicat vurduğu qoldan sonra əsgər salamı verərək, Ermənistan-Azərbaycan sərhədinin Tovuz istiqamətində gedən döyüşlərdə şəhid olan Azərbaycan hərbçilərini anmışdı.
