- Baxış sayı: 54
- 06 Noyabr 2026 23:42
- Baxış sayı: 277
- Oktyabr 25, 2026
- 0
“Neftçi”nin futbolçusu Nikolas Kanales Topaz Premyer Liqasının 24-cü turu çərçivəsində “Sumqayıt”la keçiriləcək oyun barədə fikirlərini bildirib. Allsport.az xəbər verir ki, çilili hücumçu klubun rəsmi saytına açıqlamasında bunları deyib:
“Çətin oyun olacaq. Çünki səfərdə oynayacağıq. Bundan başqa, “Sumqayıt” gənc futbolçulardan təşkil olunmuş yaxşı komandadır. Rəqibə hörmətlə yanaşırıq, amma qalib gəlmək üçün əlimizdən gələni edəcəyik. 3 xal qazanmaq bizim üçün çox vacibdir. Şadam ki, AZAL-la təxirə salınmış oyunda fərqləndim. Qolların davamını gətirməyə çalışacağam”.