VİDEO
Norveç – Azərbaycan oyununda “Güney Azərbaycan İran deyil” şüarı

DÇ-2018-in seçmə mərhələsində Osloda yerli milli komandanın qonağı “ay-ulduzlular”ımızı Norveçdə yaşayan həmyerlilərimiz yalqız qoymayıblar.

Allsport.az saytı xəbər verir ki, oyun boyu futbolçularımıza dəstək verən azərbaycanlılar, yığmamızın 0:2 yenilməsinə baxmayaraq, sonadək stadionda olublar. Arazın o tayından olan soydaşlarımız “Ulleval” arenada “Güney Azərbaycan İran deyil” şüarı nümayiş etdiriblər.

Bu plakard sonradan yerli polis tərəfindən yığışdırılsa da, tədbir bir neçə ölkənin TV ekranında canlı göstərilib.

Həmin kateqoriyadan