- Baxış sayı: 36
- 17 Sentyabr 2026 23:03
- Baxış sayı: 73
- Sentyabr 17, 2026
- 0

AFFA-nın hakimlər komitəsinin sədri Barış Şimşək UEFA tərəfindən növbəti təyinat alıb.
Allsport.az xəbər verir ki, o, 21 yaşadək futbolçulardan ibarət komandalar arasında təşkil olunan Avropa çempionatının seçmə mərhələ matçında iş başında olacaq.
Türkiyəli mütəxəssis oktyabrın 13-də keçiriləcək Malta – Belçika görüşünün hakim-inspektoru olacaq.