“Odlar Yurdu” 4-cü, “Vüqar Həşimov” 10-cu oldu

Monteneqroda şahmat üzrə klublararası Avropa kuboku başa çatıb. Allsport.az xəbər verir ki, “Vüqar Həşimov” klubu son turda Avstriyanın “Rapid” komandasına 5:1 hesabla qalib gəlib. Komandamız 10 xalla turniri 10-cu yerdə tamamlayıb.

Digər komandamız “Odlar Yurdu” isə Serbiyanın “Jelica” komandasını 3:1 hesabı ilə məğlub edib. Təmsilçimiz 9 xalla 4-cü yeri tutub.

“Vüqar Həşimov” klubunda Rauf Məmmədov, Vüqar Əsədli, Ülvi Sadıqov, Anar Allahverdiyev, Aydın Süleymanlı, Əhməd Əhmədzadə və ukraynalı qrossmeyster Nataliya Buksa, “Odlar Yurdu” komandasının heyətində isə Günay Məmmədzadə, Ülviyyə Fətəliyeva, Xanım Balacayeva, Gülnar Məmmədova və Zeynəb Məmmədyarova mübarizə aparıblar.

İtaliyanın “Obiettivo Risarcimento” komandası 14 xal toplayıb və Avropa kubokunu qazanıb. Qadın şahmatçıların yarışında isə Gürcüstanın “Nona” komandası 11 xalla bütün rəqiblərini üstələyib.

Həmin kateqoriyadan