“Odlar yurdu” finalda

Klublararası Avropa kubokunun qrup mərhələsini uğurla başa vuran qadın şahmatçılardan ibarət “Odlar yurdu” finala vəsiqə qazanıb.

Allsport.az saytı xəbər verir ki, Günay Məmmədzadə, Gülnar Məmmədova, Xanım Balacayeva, Türkan Məmmədyarova, Ülviyyə Fətəliyevanın yer aldığı komandamız “D” qrupunda ilk turda Monako “Monte Karlo-3”sunu 4:0, sonra “Qambit”ə (Rusiya) 3,5:0,5 hesabı ilə uduzsa da, Belçikanın “De Pluspion Wachtebeke” klubuna 2,5:1,5 hesabı ilə yenib.

Turnirin 2-ci günündə ilk turda “Bank Baden”lə (Avstriya) heç-heçə (2:2) edib, “England Women’s LiChess team” (İngiltərə, 3:1), “SK Reval-Sport” (Estoniya, 4:0), “Tbilisi İnternational Chess Academy” (Gürcüstan, 2,5:1,5), “Dnepr” (Ukrayna, 3,5:0,5) üzərində qələbə qazanıb.

Yekun nəticəyə görə, komandamız 16 xalla “Qambit”dən sonra 13 xalla 2-ci pillədə qərarlaşıb. Avropa kuboku yarışı dekabrın 22-də başa çatacaq.

Həmin kateqoriyadan