“Odlar yurdu” qələbə qazandı, “Vüqar Həşimov”dan ilk yenilgi

Monteneqroda şahmat üzrə klublararası Avropa kubokunun 5-ci turunun oyunları keçirilib. Allsport.az xəbər verir ki, “Odlar Yurdu” komandası Sloveniyanın “Maribor” yığmasına 3,5:0,5 hesabla qalib gəlib. “Vüqar Həşimov” klubu isə İtaliyanın “Obieivo Risarcimento Padova” komandasına 2:4 hesabla məğlub olub.

Beş turun nəticəsinə görə, “Vüqar Həşimov”un 8, “Odlar yurdu”nun 6 xalı var.

“Vüqar Həşimov” klubunun heyətində Rauf Məmmədov, Vüqar Əsədli, Ülvi Sadıqov, Anar Allahverdiyev, Aydın Süleymanlı, Əhməd Əhmədzadə və ukraynalı qrossmeyster Nataliya Buksa, “Odlar Yurdu” komandasının tərkibində isə Günay Məmmədzadə, Ülviyyə Fətəliyeva, Xanım Balacayeva, Gülnar Məmmədova və Zeynəb Məmmədyarova mübarizə aparırlar.

Həmin kateqoriyadan