“Odlar yurdu” qitə kubokunun finalında

Bu gün klublararası şahmat üzrə onlayn Avropa kubokunun final mərhələsində 4 turun oyunları keçiriləcək. Allsport.az saytı xəbər verir ki, həlledici məthələdə “Odlar Yurdu” (Şəhriyar Məmmədyarov, Qədir Hüseynov, Nicat Abbasov, Vasif Durarbəyli, Eltac Səfərli, Cahangir Ağarəhimov) da mübarizə aparacaq.

Burada, ümumilikdə 10 komanda iştirak edəcək. Çempionluq uğrunda bizimlə yanaşı, “Ladya Qazan”, “Mednı Vsadnik” (hər ikisi – Rusiya), “Hamburqer Skhacklub”, “Deizisau” (Almaniya), “Clichy Echecs 92” (Fransa), “Novı Bor” (Çex Respublikası), “Quildford” (İngiltərə), “Poland Hussars” (Polşa) və qadınlarda Avropa kubokunun qalibi “Monte-Karlo” yer alıb.

Final mərhələsi iki gün davam edəcək.

Həmin kateqoriyadan