“Odlar yurdu” və “Gənclik” öz qruplarında öndədir

Klublararası onlayn Avropa kubokunda 4 tur arxada qalıb. Allsport.az saytı xəbər verir ki, “E” qrupunda mübarizə aparan “Odlar yurdu” (Şəhriyar Məmmədyarov, Qədir Hüseynov, Nicat Abbasov, Vasif Durarbəyli, Eltac Səfərli, Cahangir Ağarəhimov) 13,5 xalla 1-cidir. Hesabında 14,5 xal olan “Gənclik” (Abdulla Qədimbəyli, Murad İbrahimli, Xəzər Babazadə, Atilla Eynullayev, Read Səmədov, Cahandar Azadəliyev) “D” qrupunda öncüllüyü davam etdirir.

Digər komandalarımız – “Vüqar Həşimov” (Rauf Məmmədov, Vüqar Əsədli, Aydın Süleymanlı, Əhməd Əhmədzadə, Ülvi Sadıqov) “H” qrupunda 8 xal, “Təhsil idman” (Misrətdin İsgəndərov, Rəsul İbrahimov, Məhəmməd Muradlı, Günay Məmmədzadə, İsmayıl Şahəliyev, Nail Bəşirli) “I” qrupunda 11 xal, “Nakhchivan – Noah’s Land” (Urfan Semdimalıyev, Talıb Babayev, Pərviz Qasımov, Toğrul Həsənzadə, Sadiq Məmmədov və Sadiq Qarayev) “G” qrupunda 5,5 xal toplayıblar.

Bu gün təsnifat mərhələsinin son 5 turunun oyunları baş tutacaq. Yarış dairəvi sistemlə keçirilir.

Həmin kateqoriyadan